Kopenhagendə ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək

  • By admin
  • 22 Aprel 2017 10:34

azay

Milli Məclisin (MM) deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün Büro üzvü qismində aprelin 22-də Danimarkanın paytaxtı Kopenhagenə səfər edəcək.

MM-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputat Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.

Gununsesi.info