Koreya Respublikasının paytaxtı Seul şəhərinə bu gün yağan qar 1981-ci ildən bəri dekabr ayı üçün ən güclü qar yağıntısı olub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Koreyanın meteorologiya xidməti məlumat yayıb.
Dekabrın 30-da qarın qalınlığı 12,2 sm olub. Bu ay üçün maksimum göstərici 1981-ci il dekabrın 19-da qeydə alınıb, 42 il əvvəl 18,3 sm yağıntı düşüb.
Qış üçün ən yüksək göstəricilərdən biri 2010-cu il yanvarın 4-də qeydə alınıb, qar örtüyünün dərinliyi 25,4 sm olub.
Gununsesi.info