Koreyalı gənclər könüllü olaraq ordu sıralarına qatılırlar

  • By admin
  • 14 Avqust 2017 17:18

14

Amerika Birləşmiş Ştatları ilə Şimali Koreya arasında münasibətlər gərginləşməkdə davam edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iki dövlət arasında müharibə ehtimalı getdikcə artmaqdadır.

Belə ki, son günlərdə bir-birilərini raket zərbələri ilə təhdid edən ölkələr artıq döyüş meydanına doğru gedirlər. Şimali Koreyanın dövlət mətbuat orqanı olan “Rodong Sinmun” qəzeti yazır ki, 3,5 milyona yaxın gənc könüllü olaraq ordu sıralarına yazılıb.

Qeyd edək ki, Şimali Koreya və Amerika Birləşmiş Ştatlar arasında hərbi münaqişə riski Pxenyanın ABŞ-ın Sakit okeandakı ərazisi olan Quama qarşı raket hücumu keçirmək planlarını nəzərdən keçirdiyini bildirməsindən sonra artıb.

Anar

Gununsesi.info