“Koreyalılar ot yeyər, amma nüvə silahından imtina etməzlər” - VLADİMİR PUTİN

  • By admin
  • 05 Sentyabr 2017 12:50

Russian President Vladimir Putin speaks during his annual end-of-year news conference in Moscow, Russia, December 23, 2016. REUTERS/Sergei Karpukhin - RTX2W9QM

Çinin Fucian əyalətinin Siam şəhərində təşkil edilən BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) zirvəsi başa çatdıqdan sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putin kameraların qarşısına çıxaraq Şimali Koreya ilə əlaqədar mətbuat nümayəndələrini maraqlandıran bir sıra sualları cavablandırıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin bildirib ki, hamıya aydın olmalıdır ki, Pxenyan təhlükəsizliyini təmin etməyincə, nüvə proqramından imtina etməyəcək: “Yeri gələrsə, şimali koreyalılar ot yeyər, amma nüvə silahından imtina etməzlər”.

Eyni zamanda V.Putin nüvə sınaqlarından sonra Şimali Koreyaya qarşı tətbiq oluna saksiyaları pisləyərək, bunun Pxenyana heç bir təsirinin olmadığını deyib.

Anar
Gununsesi.info