Koreyanın azad etdiyi amerikalı tələbə öldü

  • By admin
  • 20 İyun 2017 10:34

04

Şimali Koreya hökuməti tərəfindən sərbəst buraxılan ABŞ-lı 22 yaşlı tələbə Otto Frederik Vombiyer vətənində dünyasını dəyişib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2015-ci ildə turist qrupunun tərkibində KXDR-ə gələn Virciniya Universiteti İqtisadiyyat fakültəsinin tələbəsi O.Vombier qaldığı hotelin xidməti otağında təbliğat xarakterli siyasi plakatı divardan qoparıb.

Buna görə tələbə “dövlətə qarşı cinayət törətdiyi” iddası ilə Şimali Koreya Ali Məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edilib. Ötən həftə isə sərbəst buraxılıb. Sərbəst buraxıldıqdan bir həftə sonra isə O.Vombier həyatını itirib.

Anar

Gununsesi.info