Koreyanın spikeri İçərişəhəri gəzdi

  • By admin
  • 20 Avqust 2021 11:01

Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun Azərbaycana səfəri davam edir. 

Gununsesi.info-nun məlumatına görə, Koreya nümayənədə heyəti bu gün səhər saatlarında Bakının tarixi yerlərindən biri olan İçərişəhəri ziyarət edib.

Qonaqlar Şirvanşahlar Sarayına və İçərişəhərin digər yerlərinə baş çəkiblər. Onlara İçərişəhərin tarixi haqqında ətraflı məlumat verilib.

Gununsesi.info