Kornədi və Almu kəndinin sakinləri “Açıq mikrofon”da - FOTOLAR

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası həftəlik işinə Lerik rayonundan başlayıb. Rayonun Kornədi kəndində təşkil edilən “Səyyar qəbul otağı”na Almu kəndinin sakinləri də qatılıb.

Aksiyada ünvanlanan 6 müraciət hər iki kəndin sakinləri adından səsləndirilib. Kənd sakinlərinin isə yeganə xahişi adıçəkilən kəndlərin mavi yanacaqla təchiz edilməsi olub.

Görüş zamanı Lənkəran RQİİ-nin rəhbər şəxsləri kənd camaatının müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini bildiriblər.

Gununsesi.info