”Koroğlu” metro stansiyasının yaxınlığında İNANILMAZ VƏHŞİLİK-NAZİRLİK İŞƏ QARIŞDI

”Koroğlu” metro stansiyasının yaxınlığında İNANILMAZ VƏHŞİLİK

Bakıda restoranın tüstü bacasına düşərək orada sıxılmış vəziyyətdə qalan şəxs çıxarılıb.

Guunsesi.info teleqraf.com-a istinadən verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib və tüstü bacasına düşən şəxs xilas edilib.

Həmin şəxsin kimliyi və hazırki vəziyyəti barədə məlumat verilmir.

***

Bakıda vətəndaşa inanılmaz işgəncə verilib.

Asif Mehrəliyev adlı şəxsi “Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən “Alov” restoranın havalandırma qurğusunun içinə atıblar. Onu çıxarmaq uçun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar.

Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS