Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

  • By admin
  • 31 Mart 2022 17:45

Azərbaycanda COVID-19-a qarşı daha 14 min 612 nəfər peyvəndlənib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 612 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 483, üç və daha çox doza vaksin vurduranların sayı 11 415, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 720 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 456 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 324 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 824 633, üç və daha çox doza vaksin vurduranların sayı 3 078 608, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 228 695 təşkil edir.

Gununsesi.info