Koronavirus Ali Məhkəməni də “vurdu” - ÖZƏL

  • By admin
  • 18 İyun 2020 12:09

Azərbaycan Ali Məhkəməsinin inzibati binasında “COVİD-19” pandemiyasının geniş yayılması müəyyən edilib.

Bu barədə Gununsesi.org-a Ali Məhkəmədən bildirilib.

Məlumata görə, Ali Məhkəmənin Ümumiləşdirilmiş Şöbəsinin əməkdaşlarının biri vasitəsi ilə virus məhkəmə binasında çalışan bir çox şəxslərə yoluxub.

Vəziyyəti pisləşən bir neçə nəfəri elə məhkəmə binasından Təcili Tibbi Yardımla ixstisaslaşdırılmış xəstəxanaya aparıblar.

Virusa yoluxanlar arasında hakimlərin də olduğu deyilir.

Xəbərə qayıdacağıq.

Gununsesi.org