Koronavirus epidemiyası sona çatacaqmı? – ÜST-dən açıqlama

  • By admin
  • 14 May 2020 14:22

“Unutmamaq vacibdir: bu virus cəmiyyətimizdə yer alacaq endemik bir virusa çevrilə və heç vaxt yox olmaya bilər”.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə proqramının rəhbəri Mayk Rayan açıqlama verib. O, koronavirusun HİV virusu kimi uzun müddət davam edə biləcəyini bildirib. Qeyd edib ki, virusun yoxa çıxıb-çıxmayacağı sualına realist yanaşmaq lazımdır:

“Bu məsələdə hər hansı bir vəd vermək və son tarix demək mümkün deyil. Ola bilər ki, bu xəstəlik uzunmüddətli bir problem halına gəlsin. Ancaq bunun əksi də ola bilər”.

 

 

Gununsesi.org