Koronavirus keçirənlərin ömrü qısalır? - AÇIQLAMA

Virusoloq Aleksey Aqranovski bildirib ki, koronavirus infeksiyasına yoluxan şəxslərin ömrünün qısaldığı barədə dəqiq məlumatlar yoxdur.

Gununsesi.info RBC-ə istinadən yazır ki, həkimin fikrincə, bu cür bəyanatlar ciddi statistik əsas tələb edir, ona görə də bu barədə fikir yürütmək hələ tezdir.

HTML tutorial

“İnsanların məruz qaldığı xəstəliyin ömrün uzunluğuna necə təsir etdiyini qiymətləndirmək üçün çox az vaxt keçib. Sadəcə bəzi proqnozlar haqqında danışmaq olar”, – Aqranovski əlavə edib.

Xatırladaq ki, yanvarın 3-ü bazar ertəsi axşam məlum olub ki, Fransanın cənubunda mütəxəssislər əvvəllər elm adamlarına məlum olmayan yeni koronavirus ştammını aşkar ediblər. COVID-19-un başqa bir variantı ölkəyə Kamerundan ölkəyə qayıdan fransızlar tərəfindən gətirilib və Marsel həkimləri yeni bir ştamm aşkar ediblər. Mütəxəssislər istisna etmirlər ki, virusun bu variantının törədicisi səyyahların getdiyi Afrika ölkəsində çox olur. Testlər bütün yoluxmuş “mutasiyaların atipik birləşməsində” aşkar edilib. Tədqiqatda deyilir ki, mütəxəssislər COVİD-in yeni versiyasında 46 mutasiya aşkar ediblər və onun təhlükə və ya yoluxuculuq səviyyəsi hələ də məlum deyil. Marseldə müəyyən edilmiş ştam B.1.640.2 adlandırılıb.

Gununsesi.info