Koronavirus keçirənlərin xərçəng riski barədə xəbərdarlıq edildi

COVID-19-dan sağalan xəstələrdə ağciyər xərçəngi riski var.

Gununsesi.info-nun məlumatına görə, bu barədə rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

HTML tutorial

O, koronavirus infeksiyasına yoluxanların əksəriyyətində (90 faizində) kəskin tənəffüs yolu xəstəliyinin simptomlarına sahib olduğunu söylədi.

“Ağciyərlər təsirlənmir və heç bir fibrozdan (ağciyərlərdə yara izlərinin əmələ gəlməsi) söhbət gedə bilməz”, – deyə Myasnikov bildirib.

Bununla belə, həkimin sözlərinə görə, qalan insanlarda xəstəlik ağır keçir ki, bu da riskləri artırır. O, bildirib ki, nadir hallarda da olsa koronavirus keçirənlərin ağciyərlərində bəzən çapıq toxumasının əmələ gəlməsi prosesi müşahidə olunur.

“Ağciyər fibrozu ağciyər xərçəngi riskini 8-14 dəfə artırır”, – deyə mütəxəssis vurğulayıb.

Gununsesi.info