Koronavirus Kraliça Elizabeti də vurdu – Mühafizəçilərini işdən çıxarır

  • By admin
  • 21 İyul 2020 22:42
İngiltərədə koronavirus nəticəsində ziyarətçi sayı azalması səbəbi ilə London qalası və kral zinət əşyalarını qoruyan bəzi mühafizəçilərin işinə son veriləcəyi açıqlanıb.
Gununsesi.org xəbər verir ki, altı tarixi məkanın idarəçiliyinə cavabdeh olan Tarixi Kral Sarayları İdarəsi, “Beefeater” olaraq tanınan və İngiltərənin vacib simvollarından biri kimi görülən mühafızəçilərin sayının könüllülük əsasına görə azaldılacağını bildirib.
Tarixi Kral Sarayları İdarəsi rəhbəri Con Barnes gəlirlərinin 80 faizini biletlərdən əldə etdiklərini bildirərək “Bu nöqtəyə gəldiyimiz üçün çox üzülürük. Ancaq fəaliyyətimizi davam etdirmək üçün bunları etmək məcburiyyətindəyik” deyib.
Gununsesi.org