Koronavirus nəhəng qurumu da hərəkətə gətirdi – Yüksək toplantı keçirilir – Virusla mübarizə üçün

  • By admin
  • 02 Mart 2020 11:43

UEFA bu gün keçirəcəyi Konqresdə koronavirusla bağlı məsələni də müzakirə edəcək.

Gununsesi.org xəbər verir ki, bu gün qitə futbol qurumu Niderlandın paytaxtı Amsterdamda 44-cü Konqresini keçirəcək.

Burada koronavirusla əlaqədar son durumla bağlı müzakirələr aparılacaq, çıxış yolları axtarılacaq.

İtaliya, İsveçrə kimi çempionat oyunları təxirə salınmış ölkələrdəki vəziyyət təhlil ediləcək. Həmçinin, AVRO-2020-nin bəzi ev sahiblərinin dəyişdirilmə ehtimalı da gözdən keçiriləcək.

Bakı vaxtı ilə saat 12:00-da başlayacaq və iki saat davam edəcək Konqresin gündəliyində aşağıdakı məsələlər yer alacaq:

* UEFA-nın illik hesabatının təsdiqi;

* UEFA-nın 2018/19 maliyyə hesabatının və 2020/21 büdcəsinin təsdiqi;

* UEFA-nın komitələrinin işində yenilənmə.

Həmçinin, UEFA İcraiyyə Komitəsinə və FIFA Şurasına üzvlərin seçkiləri keçiriləcək. UEFA İcraiyyə Komitəsi 2022-ci ilin Avropa Liqasının final, 2022 və 2023-cü ildə Super Kubok matçlarının ev sahibi olacaq şəhəri təsdiqləyəcək.

2020/21 mövsümü üçün Çempionlar Liqası, Avropa Liqası, UEFA Gənclər Liqası, qadınlar arasında Çempionlar Liqası, futzal üzrə Çempionlar Liqasının və bu il keçiriləcək UEFA Super Kubokunun qaydaları təsdiq üçün təqdim olunacaq.

Gununsesi.org