“COVİD-19” koronavirus infeksiyası dalğalarla iki il daha sürə bilər.
Gununsesiaz.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Robert Kox institutunun rəhbəri Lotar Viler məlumat bildirib.
“DW” portalına danışan Lotar Vilerin fikrincə, pandemiyanın davamyyəti ona qarşı peyvəndin hazırlanma müddətindən, habelə neçə insanın bu virusa yoluxmasından, neçəsində isə immunitet əmələ gəlməsindən asılı olacaq.
Robert Kox institutunun rəhbərinin sözlərinə görə, yekun halda Yer kürəsi əhalisinin 60-70%-i yoluxmaya məruz qala bilər, lakin bunun ölüm sayında nə dərəcədə əks olunacağını söyləmək hələ tezdir.
Lotar Viler pandemiyanın bitməsinə qədər Almaniya daxil olmaqla, bir sıra ölkələrdə məhdudlaşdırmaların qüvvədə qalma ehtimalını istisna etmədiyini deyib.
Qeyd olunur ki, bu gün Robert Kox institutu COVİD-19 bəlasının təhdid dərəcəsini “mülayim” həddən, “yüksək” göstəriciyə qədər artıraraq xəstələnənlərin daha da çoxalacağını bildirib.
Mart ayının 17-nə olan məlumata görə, hazırda Almaniyada laboratoriya şəraitində təsdiqlənmiş 7 min COVİD-19 virusuna yoluxan xəstə var. 13 insanın dünyasını dəyişdiyi bildirilir.
Bu ilin mart ayının 16-dan etibarən Almaniya hakimyyəti Fransa, Lüksemburq, İsveçrə, Avstriya və Danimarka ilə hüdudlarda məhdudlaşdırmalar tətbiq edib. Bu qaydalardan yalnız yük maşınları və yerli vətəndaşlar istisna tutulub.
Almaniya Daxili işlər nazirliyi bütün tədbirlərə rəğmən quru sərhədində vəziyyətə nəzarətin olduqca çətin olduğunu etiraf edib. Belə ki, məsələn, Almaniyanın 800 km hüdudlandığı Avstriya ilə Avropa Brliyində olmalarından dolayı azı 30 ildir, dövlət sərhəd rejimi fəaliyyət göstərmir.
Gununsesiaz.info