Koronavirus ulduz futbolçunun ürəyində problem yaradıb

  • By admin
  • 14 Yanvar 2022 17:02

“Bavariya”nın futbolçusu Alfonso Devisin səhhətində problem yaşanıb.

Gununsesi.info-nun məlumatına görə, 22 yaşlı müdafiəçinin koronavirusa yoluxması ürəyində problemə yol açıb.

HTML tutorial

Bildirilib ki, koronavirusun təsirindən Kanada millisinin üzvündə ürək əzələsi iltihabının yüngül əlamətləri əmələ gəlib. Ulduz futbolçu bu səbəbdən bir müddət məşqlərdən kənarda qalmalı olacaq.

Qeyd edək ki, Alfonso Devis 2018-ci ildən “Bavariya”da çıxış edir.

 

 

Gununsesi.info