Koronavirus uşaqlar üçün ölümcül ola bilər?

  • By admin
  • 12 Noyabr 2021 15:25

Pediatr, tibb elmləri doktoru Sergey Tokarev bildirib ki, bəzi xəstəliklərə görə peyvənd olunmayan uşaqlar koronavirusa yoluxarsa, xəstəliyin gedişatı son dərəcə təhlükəli ola bilər.

Gununsesi.info xəbər verir ki, həkim bu barədə ura.ru-ya müsahibəsində danışıb. O bildirib ki, peyvənd olunmamış uşaqlarda uşaq infeksiyalarının koronavirusla eyni anda baş verməsi risklidir.

Tokarev qeyd edib ki, koronavirus infeksiyasının qızılca, göy öskürək ilə birləşmələri təhlükəlidir, o cümlədən uşağın orqanizminin hələ də bərpa olunmağa davam etdiyi postkoronavirus dövründə.

Məlumat üçün bildirək ki, Qamaleya adına Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru Aleksandr Qintsburq bildirib ki, koronavirusun “delta” ştamına qalib gəlmək üçün qanda anticisimləri yüksək səviyyədə saxlamaq lazımdır.

Gununsesi.info