Koronavirus xəstəsi 3 günə sağalacaq – İsrailin yeni oyun qaydaları

  • By admin
  • 08 Fevral 2021 21:53

Məlumatda qeyd olunur ki, yeni müalicə növü orta və ağır dərəcəli koronavirus xəstələrinə tez bir zamanda xəstəlikdən sağalmağa yardım edib.

Mərkəzin professoru Nadir Arber əldə olunan nəticəni “böyük irəliləyiş” adlandırıb. O qeyd edib ki, “EXO-CD24” adlı substansiya tətbiq olunduğu 30 orta və ağır koronavirus xəstəsindən 30-u da sağalıb: “30 nəfərdən 29-u 3-5 gün ərzində sağalıb”.

Bildirilir ki, pasiyentlərə tətbiq olunan maddə onların immun sistemini gücləndirir.

Arber qeyd edib ki, xəstələr 5 gün, gündə bir dəfə, cəmi bir neçə dəqiqə bu dərmanla nəfəs alıblar. Mərkəz qeyd edib ki, dərman bundan sonra növbəti kliniki sınaqlardan keçiriləcək.

Gununsesi.info