Koronavirus xəstələrinə zəhərli qida verən bu şirkətdir

  • By admin
  • 16 Dekabr 2020 13:14

”Bakının ”Atletlər Kəndi”ndəki karantin mərkəzində və koronavirus xəstələrinin müalicə aldığı bir neçə xəstəxanada bir neçə gün qabaq baş verən zəhərlənmə olayı ilə bağlı müvafiq qurumlarda araşdırma aparılır”.

Bu barədə Gununsesi.info-ya  Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinidən (TƏBİB) bildirilib.

Qeyd edək ki, Gununsesi.info-nun araşdırması zamanı koronavirus xəstələrinin və tibbi personalın gündəlik qida təminatını həyata keçirən şirkətin adı bəlli olub. Bu, ”’Fresh Catering”’ MMC şirkətidir.

O  da bəlli olub ki, indiyədək Bakıda təşkil olunan beynəlxalq idman yarışlarında da qida təminatını ”Fresh Catering”  həyata keçirib.

Zəhərlənmə olayından sonra bu şirkətlə müqaviləyə xitam verilib-verilməməsinə gəlincə, TƏBİB-dən konkret fikir səsləndirilməyib.

O, bildirib ki, araşdırmanın nəticəsinə uyğun olaraq, qərar veriləcək.

”Fresh Catering”in internet səhifəsində əlaqə üçün qeyd olunan telefonlara  davamlı zənglərimiz isə cavabsız qalıb.

 

Gununsesi.info