Yaponiyada koronavirusa ən yüksək gündəlik yoluxma qeydə alınıb

  • By admin
  • 02 Fevral 2022 16:40

Tokioda son 24 saatda koronavirusa 21,5 mindən çox təsdiqlənmiş yoluxma qeydə alınıb.

Gununsesi.info NHK ictimai televiziyasına istinadən xəbər verir ki, bu da cümə günü qeydə alınan əvvəlki rekord rəqəmdən 4 min artıqdır.

Yanvarın 31-də Yaponiyada koronavirusa 85 min nəfərin yoluxduğu bildirilmişdi ki, bu da pandemiya dövrünün ən yüksək gündəlik göstəricisidir.

Gununsesi.info