Koronavirusa 492 yeni yoluxma faktı qeydə alınıb: 6 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 492 yeni yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

HTML tutorial

İndiyədək ölkədə ümumilikdə 816 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 951 nəfər müalicə olunaraq sağalıb, hazırda 3305 aktiv xəstə var. Bu günə qədər 9831 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4487, bu günə qədər isə ümumilikdə 7 176 524 test icra olunub.

Gununsesi.info