Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
İndiyədək ümumilikdə 826 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 232 nəfər müalicə olunaraq sağalıb, 10 009 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.
Son sutka ərzində 1846, hazırkı dövrədək isə 7 436 506 test aparılıb.
Gununsesi.info