Koronavirusa görə Azərbaycanda toy təxirə salındı

  • By admin
  • 03 Mart 2020 11:44

Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınması ölkədə profilaktik tədbirlərin görülməsinə səbəb olub.

Bağça, məktəb və universitetlərin 6 gün müddətinə bağlanılması vəziyyətin ciddiliyindən xəbər verir.

 Qeyd edək ki, koronaviris təhlükəsi ortaya çıxandan sonra kütləvi tədbirlərin də sayı azalıb.

Gununsesi.org xəbər verir ki, ölkədə koronavirusa yoluxma halının qeydə alınması kütləvi tədbirlərlə yanaşı, toyların da sayının azalmasına səbəb olub. Paytaxt sakini Azər Əhmədovun verdiyi məlumata görə, yaxın qohumlarından birinin mart ayının 7-nə planlaşdırılan toyu qeyri-müəyyən müddətə təxirə salınıb.

Gununsesi.org