MÜJDƏ: Koronavirusa görə sahibkarlara güzəştlər edilə bilər – AÇIQLAMA

  • By admin
  • 17 Mart 2020 11:45

“Azərbaycanda koronavirusla bağlı tətbiq edilən xüsusi rejimlə əlaqədar sahibkarlara güzəşt edilə bilər”.

Gununsesi.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.

O bildirib ki, bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir.

“Digər ölkələrdə hökumətlər sahibkarlara hansısa güzəştlər edir”, – deyə o əlavə edib.

Deputat söyləyib ki, bununla bağlı Azərbaycanda da müəyyən müzakirələr aparılır.

Gununsesi.org