Koronavirusa görə hamının temperaturu yoxlanacaq - TƏHLÜKƏ SƏNGİMƏK BİLMİR

  • By admin
  • 03 Mart 2020 11:29

Rusiyanın paytaxtında sahibkarlara mütəmadi olaraq koronavirus səbəbindən işçilərinin temperaturunun yoxlanılması barədə tövsiyələr verilib.

Gununsesi.org bildirir ki, Lenta.ru-nun xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib.

Bundan başqa, hər gün bağça və məktəblərdə uşaqların temperaturu ölçülür. Həmçinin, Moskva metropolitenində seçmə üsulu ilə sərnişinlərin qızdırmalı olub-olmadığı yoxlanacaq.

Qeyd edək ki, Moskvada koronavirusa ilk yoluxma halı qeydə alınıb. Buna qədər isə dörd rusiyalıda ölümcül virus aşkarlanıb.

Gununsesi.org