Hazırda bir neçə ölkə COVID-19 virusuna qarşı peyvəndin tapılması istiqamətində iş aparır.
Gununsesi.org “Kommersant”a istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxouv açıqlama verib.
Mütəxəssis bildirib ki, hazırda dünyada koronavirus əleyhinə 20-yə yaxın peyvənd hazırlanıb və onların ilk klinik sınaqları həyata keçirilir.
Bununla bələ, ÜST-ün nümayəndəsi hesab edir ki, mütəxəssislər peyvəndlərin hazırlanması və sınaqdan keçirilməsi zamanı çox diqqətli olmalı, nəzərə almalıdırlar ki, bu preparatlardan dünyanın ən müxtəlif ölkələrində geniş istifadə olunacaq.
Gununsesi.org