
ABŞ-da klinik sınaq testlərinin ilk mərhələsi başa çatıb.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın “Moderna” şirkətinin hazırladığı vaksin iştirakçıların hamısında immunitetin yüksəlməsinə səbəb olub.
Bununla bağlı, “New England Journal of Medicine” jurnalında dərc olunub. Klinik sınaqlarda 18-55 yaş arasında 45 nəfər iştirak edib. Onlara mRNA-1273 vaksini 28 gün fərqlə 25, 100 və 250 mikroqram dozasında verilib.
Nəticədə bütün iştirakçılarda virusa qarşı antitellər yaranıb.
Gununsesi.org