Koronavirusa qarşı peyvəndin ilk sınaqları BAŞA ÇATDI

  • By admin
  • 15 İyul 2020 10:19

ABŞ-da klinik sınaq testlərinin ilk mərhələsi başa çatıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın “Moderna” şirkətinin hazırladığı vaksin iştirakçıların hamısında immunitetin yüksəlməsinə səbəb olub.

Bununla bağlı, “New England Journal of Medicine” jurnalında dərc olunub. Klinik sınaqlarda 18-55 yaş arasında 45 nəfər iştirak edib. Onlara mRNA-1273 vaksini 28 gün fərqlə 25, 100 və 250 mikroqram dozasında verilib.

Nəticədə bütün iştirakçılarda virusa qarşı antitellər yaranıb. 

Gununsesi.org