ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin həkimi Etibar Abbasov daxil olmaqla, çoxsaylı tibb işçisi koronavirusa yoluxub.
Gununsesi.org-un xəbərinə görə, Etibar Abbasov özünün sosial şəbəkə hesabında etiraz paylaşımı edib.
Gənc həkim yazır:
ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin mən də daxil olmaqla 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz tükənmişik deyəndə siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur. İndi gedin sizi hər uğurunda yüz minllər alan idmançılar, toyunuza “əşi bir dəfə toy edirik” təsəllisi ilə on minlər verib, çağırdığınız müğənnilər və bu kimi sağlamlığınıza qıymadığınız pulu çox rahatlıqla aparıb verdiyiniz insanlar müalicə etsin.
(P.s: Dərdimiz nə puldu nə də başqa maddi bir şey. sizlərdən hansısa dəyər gözləməkdən də keçmişik. Sadəcə danışanda başınızdan böyük sözlər danışmıyın. Özünüzü qoruyun, Allaha əmanət olun.)
Gununsesi.org