Koronavirusa yoluxan jurnalistlərdən şad xəbər

  • By admin
  • 08 İyul 2020 13:29

Xəbər verdiyimiz kimi, günlər öncə koronavirusa yoluxan iki jurnalist, “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe. info xəbər portalı, “Cümhuriyət” qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı Gülşən Abdullayeva sağalaraq evə buraxılıb.

Bildirək ki, xəstəlikdən müalicə alan “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe. info xəbər portalı, “Cümhuriyət” qəzetinin müxbiri Müşfiq Abdulla bacı-qardaşdırlar.

 

Həmkarlarımıza sağlamlıq diləyir və tezliklə iş başına dönmələrini arzu edirik!

Gununsesi.org