Koronavirusa yoluxan məşhur futbolçu məşqlərə başladı

  • By admin
  • 08 İyun 2020 11:59

Koronavirusa yoluxan argentinalı hücumçu Paulo Dibala məşqlərə tam hazır olmadığını bildirib.

Gununsesi.org bu barədə “Football Italia” nəşrinə istinadən xəbər verir.

İlk dəfə P.Dibalanın koronavirus testi martın 21-də müsbət çıxıb. Dörd dəfə COVID-19 analizi verən futbolçunun bütün nəticələri müsbət çıxıb.

“Məndə koronavirus var idi, ancaq indi özümü xeyli yaxşı hiss edirəm. Amma tam sağalmamışam. İndi biz məşqlərə qayıdırıq, mövsüm yenidən başlanır,” – deyə P. Dibala qeyd edib.

Qeyd edək ki, futbol üzrə İtaliya çempionatı iyunun 12-də bərpa olunacaq.

 

 

Gununsesi.org