Koronavirusa yoluxan Özbəkistan Baş Nazirinin müavini vəfat edib

  • By admin
  • 20 Sentyabr 2020 15:19

Özbəkistan Baş Nazirinin müavini, hökumətdə kənd təsərrüfatı və ərzaq sahəsinə cavabdehlik daşıyan Uktam Barnoyev vəfat edib.

Gununsesi.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Özbəkistan Nazirlər Kabinetinin Operativ Qərargahı  56 yaşlı U. Barnoyevin yeni növ koronavirusa (COVİD-19) yoluxma nəticəsində vəfat etdiyini açıqlayıb.

Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi iyulun sonlarında COVİD-19-a yoluxduğu aşkarlanan U. Barnoyevin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Sonradan Baş Nazirin müavininin Daşkənddə, daha sonra isə Almaniyada klinikalardan birində müalicə aldığı məlum olmuşdu.

 

 

Gununsesi.info