Koronavirusa yoluxan Rəşid Mahmudovdan AÇIQLAMA: “Camaatı qorxudublar”

  • By admin
  • 18 Yanvar 2021 12:37

Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun  COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicəsi davam edən həkimin vəziyyətinin ağırlaşdığı, hətta vəsiyyət etdiyi ilə bağlı məlumatlar yayılıb.

 

Gununsesi.org xəbər verir ki, Yenisabah.az-a danışan R.Mahmudov yayılan məlumatların yalan olduğunu deyib:

“Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam, dəf kimiyəm. Xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə də o dünyadan cavab verirəm (gülür). Allah evinizi tiksin, ağızlarına gələn xəbərləri yazıblar, camaatı qorxudublar. Öləndə də öləcəyik, nə olsun? Narahat olmayın, o dünyada dəf kimiyəm”.

Gununsesi.org