Koronavirusa yoluxan Saakaşvilinin vəziyyəti açıqlandı

  • By admin
  • 25 Yanvar 2023 12:41

“Koronavirusa yoluxan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəziyyəti hazırda stabildir”.

Gununsesi.info “Interpressnews” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin müalicə aldığı “Vivamed” klinikasının direktoru Zurab Çxaidze açıqlayıb.

Onun sözlərinə görə, hazırda Saakaşvilinin koronavirusa necə yoluxduğu araşdırılır.

Xatırladaq ki, yanvarın 24-ü Saakaşvilinin koronavirusa yoluxduğu məlum olub.

Gununsesi.info