Koronavirusa yoluxan Tom Henks pərəstişkarlarına müraciət edib

  • By admin
  • 13 Mart 2020 12:12

Koronavirusa yoluxan aktyor Tom Henks pərəstişkarlarına müraciət edib.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aktyor həyat yoldaşı ilə birlikdə karantində olduğunu bildirib.

Avstraliyalı həkimlərin lazımi tibbi yardım göstərdiklərini qeyd edən T. Henks izləyicilərini ekspertlərin məsləhətlərini dinləməyə, bir-birinin qeydinə qalmağa və daim xoş ovqatda qalmağa çağırıb.

Qeyd edək ki, T. Henks və həyat yoldaşı Rita Uilson Avstraliyaya səfərləri zamanı koronavirusa yoluxublar.

Gununsesi.org