Koronavirusa yoluxanlar üçün xəstəxana ilk pasiyentlərini qəbul etdi

  • By admin
  • 04 Fevral 2020 09:15

Çinin Uhan şəhərində cəmi on günə tikilən “Hoşenşan” hospitalı ilk pasiyentlərini qəbul edib. Gununsesi.org-un məlumatına görə, bu barədə “Qovorit Moskva” radisou xəbər verib.

Qeyd edilir ki, xəstəxananın tikintisinə yeddi minə yaxın işçi cəlb olunmuşdu. Binanın ucaldılması zamanı son nəsil texnikadan istifadə olunmuşdu ki, bu da vaxta qənaət etməyə imkan vermişdi.

Xəstəxananın bütün çirkab suları dezinfeksiya olunması üçün xüsusi rezervuara axıdılacaq.

Çin hökuməti üç gündən sonra daha bir bu tip xəstəxananın açılacağına dair söz verib.

Gununsesi.org