Koronavirusa yoluxanların sayı 205 milyonu ötdü

  • By admin
  • 12 Avqust 2021 09:40

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 709 mindən çox artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 709 278 nəfər koronavirusa yoluxub, 10974 pasiyent dünyasını dəyişib.

Virusa yoluxanların ümumi sayı 205 247 706, ölənlərin isə 4 333 543 nəfərə çatıb.

İndiyədək ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 36 935 904 nəfər virusa yoluxub. Siyahıda növbəti yerləri Hindistan (32 076 974), Braziliya (20 213 388), Rusiya (6 512 859), Fransa (6 370 429), Böyük Britaniya (6 146 800), Argentina (5 041 487), Kolumbiya (4 846 955), İspaniya (4 660 473), İtaliya (4 413 162) və İran (4 281 217) tutur.