Koronavirusa yoluxanların sayı açıqlandı -FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada ölüm halı aşkar edilməyib.

Azərbaycanda indiyədək ümumilikdə 824 749 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 444 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

Ölkədə son sutka ərzində 1 348, hazırkı dövrədək isə 7 391 267 test aparılıb.