Koronavirusa yoluxmuş Berluskoni evə buraxıldı

  • By admin
  • 14 Sentyabr 2020 17:07

Koronavirusa yoluxmuş İtaliyanın keçmiş baş naziri və “İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni sentyabrın 3-dən müalicə olunduğu Milanın “San Raffaele” hospitalından evə buraxılıb.

Gununsesi.info bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

83 yaşlı siyasətçi xəstəliyin onun üçün həyatında ən çətin sınaq olduğunu açıqlayıb. S.Berluskoni ona dəstək olan siyasətçilərə minnətdarlığını bildirib, həmçinin bütün italiyalıları sosial məsuliyyət göstərməyə çağırıb.

Gununsesi.info