Az öncə xəbər Milli Məclisin deputatı Sahib Alıyev koronavirusa yoluxduğunu xəbər vermişdik. Deputat bununla bağlı öz Facebook statusunda yazı paylaşıb.
Gununsesi.org həmin yazını sizə təqdim edir:
“Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər”.