“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - RƏŞAD MAHMUDOV

  • By admin
  • 10 İyul 2020 22:23
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının koronavirusa yoluxmuş şöbə müdiri Cavid Paşayevin vəziyyəti ağırdır.
Gununsesi.org xəbər verir ki, bunu modern.az-a açıqlamasında xəstənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib.
R.Mahmudov təəssüflə qeyd edib ki, xəstəliyin dinamikası mənfiyə doğru gedir:
“Buna baxmayaraq, bütün lazımi tədbirlər görülür. Cavid Paşayevin ECMO cihazına qoşulması müzakirə edilir. Vəziyyətdən asılı olaraq, xəstənin cihaza qoşulmasına bu gün qərar veriləcək”.
Gununsesi.org