“Koronavirusa yoluxmuş icra başçısının müavini öldü” – Xəstəxana

  • By arzu
  • 20 İyun 2020 14:14
Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.
Gununsesi.org xəbər verir ki, bu barədə “Report”a onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev məlumat verib.
O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib:”Edilən müalicələrə baxmayaraq gecə saat 01:45-də dünyasını dəyişdi”.

Gununsesi.org