“Koronavirusa yoluxub efirə gedirlər” – Rozadan həmkarlarına

  • By admin
  • 21 Dekabr 2020 20:00

“Kökəlmişəm, heç bir pəhriz də saxlamıram. Koronavirusdan qorunmaq üçün yeyin, için, sağlamlığınıza qulluq edin”.

Bu sözləri müğənni Roza Zərgərli “Xəbər-ətər” proqramında deyib. Sənətçi həmkarlarının virusa yoluxduqları halda efirlərə getdiyini söyləyib:

“Röya düz yazmışdı, koronavirusa yoluxanda gizlətməyin. Mən də yoluxmuşam, keçdi getdi. Bu yaxınlarda bir sənət yoldaşımız efirə gəlib, xəstədir. Özü də bilir ki, koronovirusdur, demir. Deyirəm, koronavirusa yoluxmusan, boynuna almır. İnsanlar məsuliyyətli olmalıdır. Biz bir-birimizi qoruduğumuz kimi, ətrafımızdakıları da qorumalıyıq”.

 

Gununsesi.info