Koronavirusdan ölən jurnalistin xanımı: Xəstəxanalarda yer olmadığı üçün həyat yoldaşımı itirdik

  • By admin
  • 11 Yanvar 2021 10:51

Xəbər verdiiymiz kimi, jurnalist Rəşad Süleymanov koronavirusa yoluxduqdan sonra vəfat etmişdi. Onun xanımı Zümrüd Süleymanova Modern.az-a müsahibəsində sensassion açıqlamalar verib. O bildirib ki, Rəşadı iki dəfə xəstəxanaya aparsalar da, Rəşad üçün yer tapılmayıb. O səbəbdən də, 38 yaşlı jurnalist həyatını itirib.

 

“Qızdırması 39 yarıma qədər qalxırdı. Amma gecə 12-dən sonra təzyiqi, qızdırması qalxdı, dərmanlar verdim. Təzyiqini ölçdüm, amma bir təsiri olmadığı üçün təcili yardım çağırdıq, onlar da gec gəldi. Hətta bəzi aparatlarını belə gətirməmişdilər”, – deyə jurnalistin xanımı bildirir.

 

 

Zümrüd Süleyamanova açıqlamasında söyləyib ki, bundan sonra Rəşadın halı yenidən pisləşib və  xəstəxanaya aparılsa da, yer olmadığı üçün geri qaytarılıb.

“Ardınca yenidən halı pisləşdi, təcili yardım bu dəfə də onu xəstəxanaya apardı, amma yenə ona yer tapılmadı. Artıq nəfəs ala bilmirdi. Rəşad kimi bir insana hansısa xəstəxanada yer tapıla bilərdi, heç bir kömək göstərmədilər” – o deyib.

 

 

 

 

Gununsesi.org