Koronavirusdan ölənlərin sayı 1 milyonu ötdü

“2022-ci ildə dünyada koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 1 milyonu ötüb”.

Gununsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bildirib.

HTML tutorial

“Bu ilin əvvəlindən 1 milyon insan koronavirusdan ölüb. Buna görə də “Covid-19” ilə yaşamağı öyrənmədiyimizi söyləyə bilərik”, – o vurğulayıb.

Qebreyesus virusun təsirini göstərməyə başladığı 2019-cu ilin sonundan bu yana dünyada virusa görə 6,45 milyon insanın həyatını itirdiyini qeyd edib.

“Bu həftə ilin əvvəlindən bəri 1 milyon insanın ölümü ilə kədərli bir mərhələ keçdi”, -deyə Qebreyesus bildirib.

Qebreyesus vurğulayıb ki, can itkisinin qarşısını almaq üçün vasitələr olsa da, bu qədər ölüm qəbuledilməzdir:

“Biz bütün hökumətləri əhalinin 70 faizinin peyvənd edilməsi məqsədinə nail olmaq üçün tibb işçilərini, qocaları və yüksək risk altında olanları peyvənd etməyə çağırırıq”.

İyunun sonuna kimi 136 ölkənin əhalisinin 70 faizinin peyvənd edilməsi hədəfini yerinə yetirə bilmədiklərini qeyd edən Qebreyesus bu ölkələrin 66-nın hələ əhalisinin 40 faizini belə peyvənd edə bilmədiyini vurğulayıb.

Peyvənd səviyyəsinin aşağı olduğu ölkələrdə peyvənd qabiliyyətinin tədricən artdığını bildirən baş katib deyib ki, daha çox addımlar atılmalıdır. Dünya əhalisinin üçdə bir, tibb işçilərinin üçdə iki və yaşlıların dörddə üç hissəsi hələ də peyvənd olunmayıb.

Gununsesi.info