Koronavirusdan ölüm nə zaman artır? - Virusoloq danışdı

Koronavirusdan ölüm ən çox infeksiyadan sonra, üçüncü və ya dördüncü həftədə qeydə alınır.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə virusoloq, professor Anatoli Altşteyn danışıb.

HTML tutorial

“İnsanlar adətən koronavirusa yoluxduqdan təxminən 3-4 həftə sonra ölməyə başlayırlar. COVID-19-un yeni “omikron” ştamından yüksək ölüm gözləməyə dəyməz. Bunu mutasiyaya uğramış virusa yoluxma hallarının ən çox olduğu Afrikada əldə edilən ilkin məlumatlar sübut edir. İndiyə qədər aparılan araşdırmalar göstərir ki, xəstəliklər ciddi deyil, lakin söhbət əsasən Cənubi Afrikadan olan gənclərdən gedir. Daha aydın nəticələr əldə etmək üçün koronavirusun yeni ştamı haqqında tam məlumatları gözləmək lazımdır. Bu məlumatlar ən azı yeni ilə qədər hazır olmalıdır”, – professor qeyd edib.

Gununsesi.info