Koronavirusdan sağalanlar belə qidalansın

  • By admin
  • 05 Oktyabr 2021 17:07

Koronavirus bədəni zəiflədir, buna görə birdən-birə əvvəlki pəhrizə qayıtmaq insana zərər verə bilər. Düzgün olmayan qidalanma qəbizlik, şişkinlik, qarın ağrısı, mədədə ağırlıq təhlükəsi yaradır.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kurkinodakı İnnovativ Texnologiyalar Klinikasının qastroenteroloq-terapevti Daria Ovçinnikova danışıb.

“Antibiotiklər mikrofloranı pozur və steroid olmayan iltihab əleyhinə dərmanlar mədə qişasının zədələnməsinə gətirib çıxarır, bununla da xlorid turşusu istehsalının artmasına səbəb olur. Bu, qastriti şiddətləndirə, hətta eroziya səbəb ola bilər”, – həkim bildirib.

Qidalanma mütəxəssisi Aleksandr Andreyev isə yağlı, ədviyyatlı xörəklərdən və fəstfuddan bir müddət uzaqlaşmağı məsləhət görüb. Xəstəlikdən 10-14 gün sonra şişkinliyə səbəb olan qidalardan və maddələrdən – kələm turşusu, spirt, laktoza (tam süd), həmçinin qlüten və şokolad, çörək məhsulları, qaxac, kotlet, hazır yemək kimi rəfinə edilmiş məhsullardan imtina edin.

Həkimlərin sözlərinə görə, sağalandan sonra ilk həftələrdə tam taxıl tərkibli qidalara üstünlük vermək və yuxunu unutmamaq lazımdır. Koronavirus xəstələrində iştahın pisləşməsi və mədə həcminin azalması ola bilər. Həkimlər bu vəziyyətdə kəsirli qidalanmaya müraciət etməyi məsləhət görürlər: hər üç-dörd saatdan bir 3 əsas yemək və qəlyanaltı.

Gununsesi.info