Koronavirusla bağlı əhaliyə VACİB MƏLUMAT – Bu əlamət varsa…

  • By admin
  • 14 Dekabr 2020 10:45

“Payız-qış aylarında havanın soyuması, çirkliliyinin artması yoluxucu xəstəliklərin sayını artırır. Bu səbəbdən insanda yüksək temperatur koronavirusdan qaynaqlanmaya da bilər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri redaktor.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla hərarətin yüksəlməsinin koronavirusun əlaməti olub-olmaması haqda danışarkən deyib. O bildirib ki, qızdırma 37.5, 38 olarsa, mütləq təcili yardıma müraciət olunmalıdır:

“Koronavirusla soyuqdəymə xəstəliklərinin arasında müəyyən fərqlər olur. Belə ki, birində yuxarı tənəffüs yollarının katarı olur, digərində olmur. Burun axması, burun dolması, asqırma, bəlğəmin gəlməsi isə soyuqdəymənin əlamətləridir. Koronavirusda bu əlamətlər yoxdur. COVID-19 zamanı boğaz ağrısı, ümumi halsızlıq, yorğunluq, qızdırma, əzələ və bel ağrıları halları daha çox olur. Əgər qızdırma qalxırsa, adi vasitələrlə enmirsə, təbii ki, bu zaman xəstə ya təcili tibbi yardıma, ya da sahə həkiminə müraciət etməlidir.

Azərbaycanda koronavirusunun yayılması realdır

Hərarəti qalxan insan açıq havaya çıxdıqda isə mütləq maska taxmalıdır. Söhbət təkcə COVID-19-dan getmir, hər iki vəziyyətdə respirator infeksiyalarını yoluxdurma riski var”.

Gununsesi.info