Koronavirusla bağlı son STATİSTİKA

  • By admin
  • 12 Avqust 2020 10:03

Dünyada 20 524 118 nəfərdə koronavirus aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan 745 937 nəfər ölüb, 13 443 787 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı beş ölkə ABŞ (5 305 957 nəfər), Braziliya (3 112 393 nəfər), Hindistan (2 330 327 nəfər), Rusiya (897 599 nəfər), Cənubi Afrikadır (566 109 nəfər).

Azərbaycanın sərhəd qonşularından İranda 331 189, Türkiyədə 243 180, Ermənistanda 40 593, Gürcüstanda 1 264 nəfərdə koronavirus qeydə alınıb.

Azərbaycanda koronavirus indiyə qədər 33 731 nəfərdə müşahidə edilib. Virusa yoluxanların 30 856-sı sağalıb, 495-i ölüb.

Gununsesi.info